Misli Premyer Liqasında 2023/24 mövsümünün qış çempionu “Qarabağ” 18 matçda 45 qol vurub.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələrinin orta məhsuldarlığı 2,50-yə bərabərdir.
XXI əsrdə 6-cı dəfə 18 oyundan sonra komandalardan birinin məhsuldarlığı belə yüksək olub. Yalnız “Qarabağ”, “Şəmkir” və “Neftçi” buna nail olub.
“Qarabağ” 2003/04 mövsümündə 51, ötən çempionatda isə 48 dəfə fərqlənib. 2000/01 mövsümünün 18 oyununda 54 qol vuran “Şəmkir” bu göstəricidə əsrin rekordçusudur. Həmin mövsüm “Neftçi” 49, bir il sonra “Şəmkir” 46 qola imza atıb.
Qeyd edək ki, ölkə çempionatları tarixində ilk 18 tur üçün mütləq rekord 63 qola bərabərdir. 1998/99 mövsümündə “Kəpəz”in orta göstəricisi 3,50 olub.
- “Qəbələ” Albaniya millisinin hücumçusu ilə maraqlanır
- Şahmatçımız “Dubai Open 2024”-də liderliyini qoruyub
- Daha bir boksçumuz Avropa çempionu oldu - yığmamız yarışı 5 medalla bitirdi
- Azərbaycan taekvondoçuları "Swiss Open 2025" turnirində uğurlu çıxış ediblər
- Millinin Xorvatiya ilə oyun üçün heyəti açıqlanıb