"Qarabağ"la dünyanın tanınmış idman institutlarından olan “Johan Cruyff İnstitute” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Apasport.az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
Müqaviləyə əsasən, klubun Əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev və PR & Marketinq departamentinin rəhbəri Yusif Cəfərov "Johan Cruyff Institute"da təhsil alacaqlar. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də "Johan Cruyff Institute"da təhsilini davam etdirir.
Müqavilə şərtlərinə əsasən, klubun əməkdaşları və futbolçuları idman sahəsində təcrübələrini və təhsillərini artırmaq imkanı əldə edəcəklər.
- "Xəzər Lənkəran"ın sabiq futbolçusu vətənində oynayacaq
- Krunoslav Renduliç: "Klublara deyə bilmərəm ki, rəqibləri stimullaşdırmayın"
- Sabiq "Real"lı milliyə rəhbərlik etməkdən imtina etdi
- Paris-2024: Cüdoçularımız yarışları 2-ci yerdə başa vurub
- UEFA və FIFA proqramlarından AFFA-ya ödənilən vəsait bəlli olub