“Qarabağ”dan yeni rekord
19.12.2023 - 10:12
“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, Ağdam klubu eyni rəqiblə oyunlarda ən çox qol vuran komanda olub.
Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasının XVII turunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib. Matçdakı sonuncu qolun müəllifi Hamidu Keyta “Qarabağ”ın Azərbaycan derbisindəki 120-ci topuna imza atıb. Ağdam təmsilçisi bu göstəriciyə 93-cü matçda çatıb.
Bu görüşədək rekord “Neftçi”yə məxsus idi. Bakılılar “Şamaxı” ilə qarşılaşmalarda 119 qol vurub.
- Emin İmaməliyev: “Nəriman və Musa heç bir legioner forvardan aşağı səviyyədə deyil”
- “Qarabağ” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb
- Almaniyalı milyarder: Ronaldonu “Bavariya”ya gətirin, pulunu verəcəm
- 33 yaşlı müdafiəçi “Jirona”ya keçdi
- Türkiyə və Gürcüstan millilərinin azarkeşləri arasında insident yaşandı
0
0