"Qarabağ"dan yeni rekord
30.03.2024 - 10:00
“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, Ağdam klubu ən erkən çempionluğu qazanıb.
Qurban Qurbanovun yetirmələri 2023/24 mövsümünün çempionu adını XXVIII turda təmin edib. “Qarabağ” sona 8 tur qalmış qızıl medala sahib çıxıb.
Qeyd edək ki, bundan öncəki rekord da ağdamlılara məxsus idi. 2015/16 və 2017/18 mövsümlərində sona 4 tur qalmış çempionluğu təmin edən "köhlən atlar" bu rekordu ikiqat üstələyib.
- “Kəpəz” – “Şamaxı”: heyətlər
- PSJ-nin rusiyalı qapıçısı ardıcıl dörd penalti dəf edərək, mütləq rekorda imza atıb - VİDEO
- Amerika kubokunda bütün yarımfinalçılar bəlli olub
- Nəcəf Babayev: "Hədəfimiz pley-offa vəsiqə qazanmaqdır"
- Rəşad Sadıqov: “Azərbaycanda futbol tabloya görə qiymətləndirilir” - VİDEO
0
0