“Qarabağ”ın zədəli futbolçuları Adama Diakabi və Yassin Benzianın durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, hər iki legioner üçün 2022/23 mövsümü başa çatıb.
Ağdam klubu qışda heyətinə qatdığı yarımmüdafiəçilərin xidmətindən mövsümün sonuna qədər istifadə edə bilməyəcək. Fransalı cütlük gözləntiləri doğrulda bilməyib.
Amma həm Diakabi, həm də Benzia özünü “Qarabağ”da göstərmək niyyətindədir. Hər iki legioner bunun üçün baş məşqçi Qurban Qurbanovdan vaxt istəyib.
Diakabi və Benzia uzun müddətdir oynamamasına görə yükləndikdə tez-tez yüngül zədələrin ortaya çıxdığını bildirib. Onlar mütəxəssisi əmin ediblər ki, yay toplanışından sonra özlərini göstərəcəklər.
Qeyd edək ki, Benzianın son klubu “Dijon” olub. Diakabi isə “Qarabağ”a qədər “Amyen”də forma geyinib.
- Jorj Kaşkilya: “İstəyimizə üç tur əvvəl nail olmuşuq”
- "Neftçi"də Mutu dövrü başa çatdı - Rəsmi
- Voyislav Stankoviç: “Regekampf bu mövsüm də “Neftçi”də qalsaydı, komanda daha güclü olardı” - Müsahibə
- I Liqa: “Cəbrayıl”dan böyükhesablı qələbə, “Karvan” itkisiz davam edir - YENİLƏNİB
- Azərbaycan - Slovakiya matçının biletləri satışa çıxarılıb