
“Qarabağ” avrokuboklarda 80-ci ev oyununa çıxacaq.
Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının “Gent”lə fevralın 16-dakı matçı Ağdam təmsilçisi üçün yubiley xarakteri daşıyacaq.
Bölgə təmsilçisi indiyədək qitə kuboklarında 79 dəfə doğma meydanda qüvvəsini sınayıb. Bu qarşılaşmalarda 31 qələbə və 25 heç-heçə qeydə alınıb. Azərbaycan çempionu evdə 23 dəfə uduzub.
“Qarabağ” ilk matçı 1996-cı ilə təsadüf edib. Ağdamlılar avqustun 8-də Finlandiya “MüPA”sına uduzub – 0:1.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” matçı saat 21:45-də başlayacaq.
- “Sumqayıt” Şamaxıda da qələbəyə həsrət qaldı - YENİLƏNİB
- Elşad Əhmədov: “Xankəndi şəhərində elə “Xankəndi” komandası yaradılmalıdır” - Müsahibə
- Nağıyev: “Bu, məni Azərbaycan millisinə aparsa, xoşbəxt olaram” - MÜSAHİBƏ
- Alleqri Serbiya millisini çalışdırmaq istəyir
- Qurban Qurbanov “Top-6”da - Avropa Liqasında 4-cü