“Qarabağ”ın avrokubok oyunlarının vaxtı açıqlandı
27.06.2023 - 13:16
"Qarabağ"ın Çempionlar Liqasında keçirəcəyi ilk oyunların vaxtı və yeri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
Ağdam klubu I təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubu ilə görüşəcək. İlk matç Cəbəllütariqdəki "Viktoriya" stadionunda baş tutacaq. İyulun 11-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Cavab oyunu 8 gündən sonra təşkil olunacaq. Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 20:00-da veriləcək.
- Qarnaço üçün yarış: "Çelsi" və "Napoli" oyunçudan əl çəkmir
- Canni de Byazi: “Eynək taxdım ki, bəlkə millimizə düşər”
- Azərbaycanda yeniyetmə şahmatçılar üçün sınaq testi keçirilib
- Xarici media Emrelini "fərqləndirib"
- Qurban Qurbanov: "Millinin yeni baş məşqçi məsələsi yaxın günlərdə öz həllini tapacaq”
0
0