“Qarabağ”ın “Gent”lə oyunlarının vaxtı dəqiqləşdi
09.11.2022 - 10:33
Azərbaycan çempionu "Qarabağ"ın Konfrans Liqasındakı növbəti oyunlarının vaxtı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, Belçika “Gent”i ilə pley-offdakı hər iki qarşılaşmanın başlama saatı bəlli olub.
Gələn il fevralın 16-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq ilk oyun 21:45-də başlayacaq. Bir həftə sonra səfərdə keçiriləcək qarşılaşma isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Qeyd edək ki, mövsümə Çempionlar Liqasında başlayan "Qarabağ" pley-offda uduzaraq Avropa Liqasına, orada qrup üçüncüsü olaraq Konfrans Liqasına düşüb.
- Kamal Quliyev: Azərbaycan Belarusa qalib gələcək
- Azərbaycan millisinə PROQNOZ: “AFFA-nın səbrinə həsəd aparmaq olar”
- Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti oyunlar keçirilib
- Messi qalib oldu, Ronaldo ən yaxşı seçildi - VİDEO
- Rəşad Sadıqov: "Heç kim deyə bilməz ki, ünsiyyət zamanı hansısa qüsura yol vermişəm"
0
0