“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərinin müəyyənləşəcəyi vaxt bəllidir.
Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin əsas raundunun püşkatma mərasimi avqustun 26-da baş tutacaq.
Tədbir Türkiyənin İstanbul şəhərində keçiriləcək. Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Mərasimdə Avropanın ikinci dərəcəli klub turnirinin 32 iştirakçısı 8 qrupa bölünəcək. Qrup mərhələsində ilk yeri tutanlar 1/8 finala, ikinci pillənin sahibi pley-offa, üçüncü komanda Konfrans Liqasının pley-offuna çıxacaq.
Qeyd edək ki, qrup mərhələsi sentyabrın 8-də başlayacaq.
- Qazaxıstan, Özbəkistan və Fransa milliləri Bakıda
- “Formula-1”: “Ferrari”nin hər iki pilotu mübarizəni dayandırdı
- Renat Dadaşovun yeni komandası bəlli olub
- İmişlidə işıq sistemi oğurlandı - "İnanırıq ki, DİN əməkdaşları məsələni həll edəcək"
- Adrian Mutu: "Beşiktaş"la matçda 2 top fərqini aradan qaldırmalıyıq" - MÜSAHİBƏ