"Qarabağ"ın legioneri "Sabah"ın radarına düşüb
17.06.2024 - 16:39
"Qarabağ"dan ayrılacağı gözlənilən Luka Quqeşqşvili Azərbaycanda qala bilər.
Apasport.az saytına verilən məlumata görə, Gürcüstan millisinin qolkiperi "Sabah"ın transfer siyahısında yer alıb.
Quqeşaşvili "Qarabağ"dan ayrılacağı təqdirdə, "Sabah" ona müqavilə təklif edəcək.
25 yaşlı qapıçı 2022-ci ildə "Yagelloniya"dan "Qarabağ"a keçib və onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədər qüvvədədir.
- AFFA-nın əməkdaşları UEFA nümayəndələri ilə görüşüblər
- Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi müzakirə olunub
- PSJ-dən 55 milyonluq transfer - “Ayaks”la razılıq əldə olundu
- U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
- Tahir Gözəl: “Bu, böyük nailiyyətdir” - MÜSAHİBƏ
0
0