“Qarabağ”ın “Lex”lə oyunlarının başlama saatı açıqlandı
17.06.2022 - 14:12
“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex”lə oyunlarının başlama saatı müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə Polşa klubu məlumat yayıb.
Bildirilib ki, Poznan təmsilçisi ilə iyulun 5-də səfərdə baş tutacaq ilk matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü isə həmin ayın 12-də paytaxtımızda olacaq və saat 20:00-da start götürəcək.
Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində “Sürix”lə (İsveçrə) qarşılaşacaq.
- FİDE-də seçkilər: Mahir Məmmədov vitse-prezident seçildi
- III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin idmançıları Bakıya gəlib
- “Kəpəz”in kapitanı: “Bu gün "Qarabağ"a qalib gəlmək asan deyil” - MÜSAHİBƏ
- Dembeleyə Premyer Liqadan təklif
- Taekvondoçularımız Sofiyada Prezident Kuboku turnirində iştirak edəcəklər
0
0