Avropa Liqasının “Qarabağ” – “Nant” oyununda bir dəqiqəlik sükut olub.
Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin II turunun Bakıda keçirilən matçının start fitindən sonra tribunalardakı azarkeşlər telefonlarının işıqlarını yandıraraq bir dəqiqəlik sükut edib.
Bununla da Azərbaycan – Ermənistan sərhədində şəhid olanların xatirəsini yad edib. Allah rəhmət eləsin!
UEFA “Qarabağ”ın görüşdən öncə rəsmi sükut elan olunması ilə bağlı müraciətini müsbət cavablandırmasa da, fanatlar özləri belə addım atıb. Sentyabrın 13-də başlayan döyüşlər zamanı şəhid olduğu açıqlanan 71 hərbçinin xatirəsi yad edilib.
Görüşdən öncə “Şəhidlər ölməz, vətən bölünməz”, “Ən böyük əsgər, bizim əsgər” tipli vətənpərvər şüarlar səsləndirilib.
Qeyd edək ki,  Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan qarşılaşma saat 20:45-də başlayıb.
 
- Elvin Cəfərquliyev üçün İtaliyadan 3 müştəri - KLUBLARIN ADLARI BƏLLİDİR
 - 2022-ci ilin bombardirləri açıqlandı: Kadi Borqes dünya ulduzlarını qabaqlayır
 - Azərbaycanın qadın güləşçisi dünya üçüncüsü olub
 - Region Liqasının final oyununun yeri və başlama saatı bəlli olub
 - Faiq Hacıyev: "Berdıyev hər birimizlə təkbətək söhbətlər edir" - Müsahibə