“Qarabağ”ın oyununun yeri dəyişdirilib
25.09.2023 - 16:22
“Qarabağ” – “Sumqayıt” matçının yeri dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, buna “atlılar”ın PFL-ə müraciəti səbəb olub.
“Qarabağ”ın rəsmi müraciətini, Respublika stadionunda aparılan işləri, eləcə də “Azersun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan PFL “Qarabağ” – “Sumqayıt” oyunun “Azersun Arena”da keçirilməsinə qərar verib.
Qeyd edək ki, görüşün günü, saatı ilə bağlı dəyişiklik yoxdur.
- "Barselona"nı yox, "Bilbao"nu seçdi – Niko Uilliamsdan 10 illik sədaqət
- Mehmet Ak: "Türkiyə və Azərbaycan futbol federasiyaları daha geniş işbirliyi etməlidir" - Müsahibə
- “Barselona”da 15 yaşlı TAPINTI
- Boksçularımız Avropa birinciliyində iştirak edəcəklər
- Azərbaycan çempionatına yekun vuruldu - FOTO
0
0