"Qarabağ"ın qazancı 55 milyonu ötüb
06.11.2025 - 10:33
Çempionlar Liqasında “Çelsi” ilə heç-heçə edən “Qarabağ” bərabərliyə görə 750 min avro qazanc əldə edib.
Apasport.az xəbər verir ki, 4 oyunda 7 xal toplayan (2 qələbə, 1 heç-heçə) Azərbaycan çempionunun bu mövsüm əsas mərhələdəki qazancı 4.95 milyon avroya (9,68 milyon manat) çatıb.
“Qarabağ”ın cari “futbol ili” üçün turnirdən ümumi qazancı isə 28,65 milyon avrodur (56 milyon manat).
UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə üçün 23 milyon 700 min, qələbələrə görə 4 milyon 200 min (bir qələbə 2 milyon 100 min avro), heç-heçəyə görə isə 750 min avro ödəniş edir.
- ÇL: “Qarabağ” üçün pley-offda “Trabzonspor” və ya Mahir Emreli
- Azərbaycan və Özbəkistan birgə dünya çempionatına ev sahibliyi edəcəklər
- "Fənərbaxça" "Mançester Yunayted"in futbolçusunu heyətinə qatır
- Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
- KL: "Başakşehir" məğlub oldu, "Beşiktaş"dan heç-heçə - YENİLƏNİB
0
0