“Qarabağ”ın rəqibi koronavirusa yoluxdu
05.10.2022 - 16:40
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Frayburq” baş məşqçisini itirib.
Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisinin çalışdırıcısı Kristian Ştrayx koronavirusa yoluxub.
Tibbi testlərin ardından 57 yaşlı mütəxəssisin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən karantinə alınan almaniyalı Avropa Liqasının III turunda “Nant”la sabah keçiriləcək görüşdə texniki zonadakı yerini tuta bilməyəcək.
Qeyd edək ki, “Frayburq” Avropa Liqasının ilk iki turunda “Qarabağ”a 2:1, “Olimpiakos”a isə 3:0 hesabı ilə qalib gəlib.
- AFFA U-13 Liqasında çıxış edən komandanı yarışdan uzaqlaşdırıb
- Rəşad Sadıqov: “Sonadək mübarizə apardılar” - VİDEO
- Oğlan boksçuların yarışında yarımfinalçılar, qızlarda ölkənin ən güclüləri bəlli oldu
- Kişi boksçularımız ilin ilk hazırlığına başlayıb
- Azərbaycanın yeniyetmə güləşçiləri Estoniyada 5 medal qazanıblar
0
0