“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Sürix” bir futbolçusunu satır.
Apasport.az saytının İsveçrə mətbuatına istinadən məlumatına görə, hücumçu Vilfred Qnonto tezliklə komandanı tərk edə bilər.
İtaliya millisinin futbolçusu “Hoffenhaym” və “Feyenoord”dan təklif alıb. “Sürix” rəhbərliyi isə 19 yaşlı forvardın transfer qiymətini 15 milyon avrodan 10 milyona endirib. Bu, İtaliya klublarının da diqqətini çəkə bilər. İsveçrəlilər onun transferindən qazanc götürərək, maliyyə durumunu yaxşılaşdırmaq niyyətindədir.
Qeyd edək ki, Vilfred Qnonto “Qarabağ”a Bakıda 2:3 hesabı ilə məğlub olduqları görüşün 90-cı dəqiqəsində əvəzlənib. Bu komandalar arasında Sürixdəki cavab qarşılaşması iyulun 27-də keçiriləcək.
- İrəvanda mükafat qazanan idmançı: “Hər iki ölkəni çox yaxşı təmsil etdiyimizi düşünürəm”
- Türkiyə millisinin heyətində ciddi itki
- “Sərhədçi”nin basketbolçusu: “ Birlik olub növbəti mərhələyə yüksəlməliyik”
- AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib
- DÇ-də Azərbaycan – Portuqaliya 1/8 finalı