“Qarabağ”ın yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçulardan biri bəlli olub.
Apasport.az saytının məlumatına görə, Ağdam klubu Jonder Kadisin xidmətində maraqlıdır.
Azərbaycan çempionu hazırda “Famalikao”nun formasını geyinən venesuelalı futbolçunun keçidini həll etməyə çalışır. Onun Portuqaliya klubu ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq. Azad agent statusu alacaq cənubi amerikalının özü də “Qarabağ”a keçmək istəyir.
Tərəflər maliyyə məsələsində razılığa gəlsə, Kadisin keçidi avrokubokların startına qədər reallaşacaq. Venesuelalı ön xətdə universallığı ilə diqqət çəkir. O, həm hücumçu, həm vinger kimi çıxış edir.
Qeyd edək ki, Kadis bunadək “Karakas”, “Nasyonal”, “Benfika”, “Setubal”, “Dijon”, “Neşvil” klublarında çıxış edib.
- Sabiq “Barsa”lı karyerasını başa vuracaq
- Slovakiya millisinin baş məşqçisi: "Belə olacağını gözləyirdik"
- Anton Krivotsyukun taleyi müəyyənləşib - Rəsmi
- Zaur Həşimov: “Zirə” “Hayduk” səddini aşacaq gücdədir”
- Anatoli Banişevskinin anadan olmasının 80 illik yubileyi münasibətilə xatirə turniri keçirilib