Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la qarşılaşacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib.
Apasport.az saytı xəbər verir ki, Azərbaycan çempionu sabah Yunanıstana yollanacaq.
Komandanı aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək. Sabah Bakı vaxtı ilə saat 18:30-da ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 23:00-da isə matçın keçiriləcəyi “Georgios Karaiskakis” stadionunda komandanın məşqi reallaşacaq.
Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
- İlkay Gündoğanın yeni forma nömrəsi bəlli olub
- Danimarka millisinin üzvü “Qalatasaray”a qayıdır
- Azərbaycan çempionatında ikinci günə yekun vurulub
- Azərbaycan Prezidenti: Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacaq
- Rəşad Sadıqov: "Buraxdığımız kobud səhvlərin qarşısını almalıyıq" - VİDEO