Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la Bakıda keçirilən oyun “Olimpiakos” üçün uğurlu alınmayıb.
Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, Pirey təmsilçisi qolsuz bərabərə yekunlaşan görüşdə iki futbolçusunu itirib.
Bunlar müdafiəçi Şime Vrsalko və Yann Mviladır. 90 dəqiqəni əvəz edilmədən keçirən Vrsalko, həmçinin 69-cu dəqiqədə əvəzləmədən mübarizəyə qoşulan Mvila qarşılaşmanın ardından ağrılardan şikayətləniblər. Fransalı yarımmüdafiəçi 83-cü dəqiqədə Julio Romaonun sərt müdaxiləsi nəticəsində topuğundan xəsarət alıbsa, xorvatiyalı Vrsalkonun sona yaxın bud sümüyündə problem yaranıb.
Hər iki futbolçunun Yunanıstan Superliqasının növbəti turunda oktyabrın 17-də PAOK-la keçiriləcək prinsipial matçda iştirakı sual altındadır.
Qeyd edək ki, “Qarabağ”la heç-heçə sayəsində “Olimpiakos” qrupda ilk xalını qazanıb. Azərbaycan çempionu isə sona iki tur qalmış 7 xalla qrup ikincisidir.
- Rəhim Həsənov: "SUMQAYIT"IN QAPISINA TƏYİN OLUNAN PENALTİ QƏRARLARI DOĞRUDUR"
- "Qarabağ"ın sabiq futbolçusu Makedoniya klubunu çalışdıracaq
- Yuri Matias: "Hədəfim bu mövsüm 5 qol vurmaqdır" - Müsahibə
- Azərbaycan tarixinə düşən dünya çempionatının mükafatçısı çəkisini dəyişəcək
- "Qalatasaray" onları satmayacaq - QƏRAR