
Qazaxıstan milli komandası yoldaşlıq görüşündə Azərbaycana 2:3 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, məşqçi Ruslan Baltiyev oyundan sonra keçirilən mətbuat konfransında açıqlamalar verib:
"Bu cür oyun azarkeşlərin xoşuna gələ bilərdi. Çünki qol epizodları bol idi. İki layiqli rəqib qarşılaşırdı. Belə oyundan sonra Azərbaycanı təbrik edirəm. Düşünmürəm ki, təkcə cərimə zərbəsindən buraxdığımız qola görə uduzduq. Çünki iki qol buraxmışdıq. Sadəcə konsentrasiya çatışmadı və uduzduq.
Məğlubiyyət istənilən halda, xoş deyil. Bu cür oyun yalnız azarkeşlərə xoş ola bilər. Amma məşqçilər üçün çətin oyundur. Səhvlərimizə görə uduzduq. İşləməli və düzəltməli olduğumuz məsələlər var. Hər məğlubiyyətdən sonra analizlər etməliyik ki, bəlkə hardasa nəyisə qeyd etməmişik. 0:2-dən sonra hansısa rahatlığımız yox idi. Biz oynamağa davam edirdik. Yoldaşlıq görüşüdür".
- Xabi Alonso Rodriqo barədə: “Onun gələcəyi ilə bağlı hələ qərar verməmişik”
- Mahir Emreli: "Nə üçün mübarizə apardığımı hər kəsə göstərdim"
- Qurban Qurbanov: “Özlərində güc tapdılar və mübarizə apara bildilər”
- Albaniya millisinin baş məşqçisi: "Azərbaycanla oyun bizim üçün çox vacib və dəyərlidir"
- Parapauerliftinq üzrə Azərbaycan millisi Dünya Kubokunda iştirak edəcək