I Liqanın VIII turunun hazırlığını davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib.
Apasport.az xəbər verir ki, “qırmızı-qaralar” Ağcabədinin “Olimpiya” komandası ilə üz-üzə gəlib. Region Liqası təmsilçisi ilə matç Qəbələ şəhər stadionunda baş tutub.
Görüş Kaxaber Tsxadadzenin yetirmələrinin üstünlüyü ilə keçib. İlk 45 dəqiqədə doqquz qol vuran “Qəbələ” fasilədən sonra hesabı 20:0-a çatdırıb.
Komandanın heyətində Elşad Tağıyev 4, Rəvan Əsədov 3, Oçe Oçoveçi, Ruslan Voronsov və Prins Ovusu hərəyə 2 qola imza atıblar. Nugay Rəşidov, Nicat Əliyev, Şahin Şahniyarov, Murad Musayev, Vüqar Həsənov, Abdullahi Şuaybu və Samir Həsənov hərəyə bir dəfə fərqləniblər.
Qeyd edək ki, sabah daha bir yoxlama oyunu keçirəcək “Qəbələ” “Zaqatala” ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı matç saat 15:00-da başlayacaq.
- “Mançester Siti”dən növbəti transfer - RƏSMİ
- U13 millimiz Ankarada təlim-məşq toplanışı keçirib
- "Antalyaspor"un israilli futbolçusu Türkiyədən deportasiya olunacaq
- 2025/2026 mövsümündə Misli Premyer Liqası, I və II Liqa oyunlarının hakimləri təsdiqlənib
- “Bavariya”nın prezidenti: “Biz Devisi saxlamaq istəyirik”