“Qəbələ” iki futbolçu ilə yollarını ayırıb.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Nicat Mehbalıyev və yarımmüdafiəçi Ehtiram Şahverdiyev növbəti mövsümdən “qırmızı-qara” formanı geyinməyəcək.
Ötən ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Nicatın icarə müddəti başa çatıb. O, geridə qalan mövsümdə bölgə təmsilçisinin heyətində 28 oyun keçirib. Ehtiramla isə başa çatan müqavilə uzadılmayıb. “Qəbələ”də 2015/16 mövsümündə debüt edən futbolçu əsas komandada ümumilikdə 42 matç (1 qol) keçirib.
Qeyd edək ki, yay fasiləsində “Şamaxı”dan İlkin Qırtımovu, “Sabah”dan isə Səlahət Ağayevi transfer edən “Qəbələ” Samet Karakoçla da vidalaşıb.
- Konfrans Liqası: 1/8 final və pley-offa yüksələnlər
- Avropa federasiyaları UEFA-ya qarşı
- Kiberpolis “Qarabağ” – “Çelsi” oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirib
- "İnter"in hücumçusu "Napoli"dən imtina etdi
- "Milli üçün namizədim Bülent Korkmaz, Əsgər Abdullayev, Tərlan Əhmədov və... "