“Qəbələ” tarixində 500-cü ev qoluna imza atıb. Bu, I Liqanın V turuna təsadüf edib.
Apasport.az xəbər verir ki, “Difai” ilə qarşılaşmadakı yeganə qolun müəllifi Abdullahi Şuaybu yubiley topuna imza atıb.
“Qırmızı-qaralar” öz meydanındakı 500-cü qolu 351-ci matçda vurub. Komanda Premyer Liqada 342, kubokda 82, I Liqada 49, avrokuboklarda 27 dəfə qonaqların qapısına yol tapıb.
“Qəbələ”nin tarixində ilk ev qolu 2005-ci il sentyabrın 21-də vurulub. I Liqada debüt mövsümünün ilk turunun “Şərur”la görüşündə 8:0 hesabı ilə qalib gələn komandanın ilk topuna avtoqol müəllifi olan rəqib oyunçu İlqar İbrahimov imza atıb.
Qeyd edək ki, I Liqanın cari mövsümünün II turunun “Qaradağ Lökbatan”la səfər qarşılaşmasında (5:0) son topun müəllifi olan Şuaybu klub tarixinin 900-cü və səfərdəki 400-cü qoluna da imza atıb.
- Fanatları sürpriz gözləyir: "Sabah" - "Neftçi"nin biletləri satışda
- "Bayer"dən Virtzə rekord transfer haqqı
- Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm
- FİF-in icraçı direktoru: "Zaqatala"nı dayanıqlı biznes strukturuna çevirmək istəyirik"
- “Real”da əcnəbi qalmadı