
“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, Çempionlar yolunda qüvvəsini sınayan “qırmızı-qaralar” I mərhələnin ilk oyununda “Puşkaş Akademiya” ilə qarşılaşıb.
Qəbələ şəhər stadionundakı görüşdə qalib müəyyənləşməyib. Azərbaycan çempionu erkən qolla Macarıstan klubunun qapısına yol tapsa da, üstünlüyünü qoruya bilməyib. Qonaqlar penalti zərbəsi ilə hesaba tarazlıq gətirib – 1:1.
Qeyd edək ki, komandalar arasında cavab oyunu oktyabrın 25-də keçiriləcək.
UEFA Gənclər Liqası
Çempionlar yolu, I mərhələ
İlk oyun, 4 oktyabr
16:00. “Qəbələ” (Azərbaycan) – “Puşkaş Akademiya” (Macarıstan) – 1:1
Qollar: Şahin Şahniyarov, 8 // Adam Umatum, 36 (p.)
Qəbələ şəhər stadionu
- Ter Stegenin kapitan olmasının səbəbi
- Ramin Quliyev: “Roman Qriqorçuk "Neftçi"ni daha yaxşı yerlərə gətirəcək” - Müsahibə
- Millətlər Liqası: İspaniya və Portuqaliyadan qələbə - YENİLƏNİB
- Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında təmsil edəcək güləşçilərimiz bəlli olub
- Neftçi” argentinalı hücumçu ilə müqavilənin detallarını açıqladı