"Qəbələ"nin baş məşqçisi dörd oyunluq cəzalanıb
26.12.2025 - 15:16
"Qəbələ" komandasının baş məşqçisi Kaxaber Sxadadze dörd oyunluq cəzalanıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna mütəxəssisin Misli Premyer Liqasının XVI turunda, "Qarabağ"la matçda (1:2) hakimləri təhqir etməsi səbəb olub. "Qırmızı-qaralar" bu səbəbdən 10 min manat cərimələnib.
"Qəbələ" matçda dörd nəfər sarı vərəqə aldığı üçün 700, "Qarabağ" isə azarkeşlərin pirotexniki vasitədən istifadəsinə görə 5000 manat ödəməli olacaq.
- Bədii gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcək
- Dünya futbolunda şok itki: YAMAL MUNDİALI BURAXA BİLƏR
- Qurban Qurbanov: "Belə oyunda bəsit qərarlar olmaz" - MÜSAHİBƏ
- Azər Bağırov: "Bəlkə də rotasiyalar etməliyik"
- Aziz Yıldırım transfer siyahısını açıqladı: “Lukaku, Dibala, Taliska və Sörlot”
0
0