“Qəbələ”nin futbolçusu dünya çempionatında iştirak edəcək
16.09.2025 - 15:02

“Qəbələ”nin gənc futbolçusu Salihu Nasiru FİFA U-20 Dünya Çempionatında iştirak edəcək.
Apasport.az xəbər verir ki, 18 yaşlı oyunçu Çilidə keçiriləcək mundialda mübarizə aparacaq Nigeriya millisinin 21 nəfərlik heyətinə daxil edilib.
Nigeriya U-20 millisi sentyabrın 27-də start götürəcək dünya çempionatının final mərhələsində F qrupunda Kolumbiya, Səudiyyə Ərəbistanı və Norveç komandaları ilə eyni qrupda mübarizə aparacaq.
Qeyd edək ki, Salihu Nasiru daha əvvəl Nigeriyanın U-20 millisinin heyətində 4 oyunda iştirak edib.
0
0