“Qəbələ”nin müdafiəçisi əməliyyat olunacaq
28.05.2024 - 11:18
"Qəbələ"nin futbolçusu Murad Musayev Türkiyəyə yollanıb.
Apasport.az xəbər verir ki, təcrübəli müdafiəçi bu gün qardaş ölkədə əməliyyat ediləcək.
Ölkə çempionatının 2023/24 mövsümünün son turunda “Sumqayıt”la qarşılaşmada ciddi zədə alan Musayev oyunu yarımçıq dayandırmaq məcburiyyətində qalmışdı. Onun təxminən 4-5 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Musayevin əməliyyatı Ankarada baş tutacaq.
Qeyd edək ki, Premyer Liqanı tərk edən “Qəbələ” növbəti mövsümdə I Liqada oynayacaq.
- Günün matçları bu kanallarda - TV AFİŞA
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Tarixdə Bu Gün: “Puerta 12” Faciəsindən 57 İl Ötür
- Nagelsmannla neçə illik müqavilə imzalana bilər?
- “Azərbaycanın dünya çempionatına ev sahibliyi etməsi ölkəmizin güclü mövqeyinin göstəricisidir”
0
0