“Vacib qələbə qazandıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
50 yaşlı mütəxəssis Misli Premyer Liqasının IV turunun “Şamaxı” ilə oyunu haqda fikirlərini “CBC Sport”a açıqlayıb: “Çempionat yaxşı başlayıb. Hər komanda üç xal üçün mübarizə aparır. Xal itirmək faydalı olmaz. Oyunda dinamika var idi. Cavid Hüseynova uğurlar arzulayıram. Yerli oyunçularla işləyir. Vacib xallar qazandıq. Julioda adaptasiya pis getmir. Biz daha yaxşısını istəyirik. Tam razı qalmasam da, hər şey yaxşılığa doğru gedir. “Frayburq”un oyununu tam izləmədim, fraqmentlərə baxdım. Qrupda bütün komandalar iddialıdır. Hər komandaya qarşı yaxşı oyun göstərməyə çalışacağıq. Rəqiblərin açıqlamalarına baxdıq, hamı iddialıdır. Azarkeşlərimiz üçün yaxşı oyun keçirməyə çalışacağıq. İlk oyuna ağır deməzdim, amma yaxşı rəqib gözləyir”.
Qeyd edək ki, “Qarabağ” ev oyununda “Şamaxı”ya qalib gəlib – 4:0.
- “Neftçi”nin çağırışına azarkeşlər müsbət cavab verdi
- Qurban Qurbanov - 51! “Nə olardı, iki il, üç il də yaşayardı, mən tam başqa cür olardım” - VİDEO
- Millimiz AVRO-2025-in seçmə mərhələsinə yanvarda başlayacaq
- "Neftçi" - "Spartak" matçının biletləri satışda
- Millimizin baş məşqçisi: "Çalışmalıyıq ki, hər bir oyunda gözəl oyun göstərək və qalib gələk"