Qurban Qurbanovun cəzası bəlli oldu
27.09.2023 - 13:44
Bu gün PFL-in İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytına verilən məlumata görə iclasda “Qarabağ”ın baş məşqçisinin cəzası da bəlli olub.
Misli Premyer Liqasının VII turunda “Qəbələ” ilə oyunun 89-cu dəqiqəsində Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Bunun müqabilində “Qarabağ” klubu 1000 manat cərimə edilib.
Qeyd edək ki, Qurbanov bununla da 29 sentyabr tarixində keçiriləcək “Sumqayıt”la matçı buraxmış olacaq.
- Bəxtiyar Musayev: “Bundan da yaxşı “Qarabağ” görəcəyik” - MÜSAHİBƏ
- Paris-2024: Badmintonçumuz mübarizəni yekunlaşdırıb
- AMADA nümayəndələri WADA-nın illik simpoziumunda iştirak ediblər
- Rene Hiquita – Futbol tarixinin “dəli”si: “Əqrəb Zərbəsi” ilə Yazılan Tarix
- İtaliya Almaniyaya qarşı, Türkiyə ev sınağında
0
0