Azərbaycan kubokunda I təsnifat mərhələsi davam edir.
Apasport.az xəbər verir ki, raundun ikinci qalibi “Qusar” - “Şahdağ Qusar” matçında müəyyənləşib.
Qusar derbisi Sumqayıtda baş tutub. Qolsuz bitən görüşün taleyini penaltilər seriyası həll edib.
“Lotereya”da daha dəqiq olan qonaqlar ikinci təsnifat mərhələsində “Qaradağ Lökbatan”la qarşılaşacaq. Noyabrın 18-20-nə planlaşdırılan matç Qusar təmsilçisinin meydanına baş tutacaq.
Azərbaycan kuboku
I təsnifat mərhələsi
18 noyabr
13:00. “Qusar” – “Şahdağ Qusar” – 0:0, pen. 4:5
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Kapital Bank Arena” (ehtiyat meydança)
- Yunis Hüseynov: “Qarabağ" çempionatın qurtarmasına 7-8 tur qalmış...” - Müsahibə
- Premyer Liqada 2026-cı ilin ilk oyunlarının başlama tarixləri açıqlanıb
- “Səbail”in futbolçusu Keniya millisinə çağırılıb
- Zidan Almaniya klubunu çalışdıra bilər
- Rəşad Sadıqov: “Qazandıqlarımın çoxunu onlara borcluyam” - VİDEO