Azərbaycan milli komandasının və “LKS Lodz”un üzvü Rahil Məmmədov yeni mövsümə fərqli komandada başlaya bilər.
Apasport.az saytına verilən məlumata görə, Məmmədovun xidmətində "Sabah" klubu maraqlıdır.
Belə ki, mövsümün sonunda Premyer Liqa klubu Rahili azad agent kimi heyətinə qatmağı planlaşdırır.
Əlavə edək ki, “LKS Lodz” birinci diviziona düşərsə, Rahilin müqaviləsi olsa da, oranı azad agent kimi tərk edə biləcək.
Futbolçu müqavilə zamanı Lodz klubu ilə belə bir razılıq əldə edib.
Qeyd edək ki, Rahilin komandası “LKS Lodz” hazırda turnir cədvəlində sonuncu pillədədir.
- Əvəzedicilər Liqasında 28-ci tura start verildi
- “Neftçi”də “yarpaq tökümü” - O da göndərilir
- Gimnastika üzrə Azərbaycan birinciliyində ilk günün qalibləri bəlli olub
- “Trabzonspor”dan 4 transfer - Müqavilə detalları açıqlandı
- III MDB Oyunlarının rəsmi bağlanış günündə Gəncənin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq