Ramin Musayev: “Şəxsi biznesimlə məşğulam, futbolla qurtardım”
04.05.2023 - 12:55

“Bundan sonra futbolda işləmək fikrim yoxdur“.
Apasport.az xəbər verir ki, bu sözləri “sportinfo.az”a Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Ramin Musayev deyib.
Yarandığı gündən PFL-ə rəhbərlik etmiş və 14 il ərzində ölkə çempionatının “drijor“u olmuş, 2022-ci ilin yayında isə vəzifədən getmiş sabiq funksioner bir daha bu sahəyə dönmək istəmədiyini bildirib.
Bu qurumdan öncə “Neftçi“də vitse-prezident postunu tutmuş Musayev bildirib ki, futbolla qurtarıb: “Şəxsi biznesim var, onunla məşğulam. Futbolla qurtardım”.
- Transfer balansı ən pis olan klubların SİYAHISI
- Millimizin baş məşqçisi: "Çalışacağıq nəticəmiz yaxşı olsun"
- "Beşiktaş" Avropayla vidalaşdı, "Fənər" və "Qalatasaray" pley-offda - YENİLƏNİB
- Şahin Diniyev: "İstədiyim yaxşı komanda qurmaqdır"
- Elxan Abdullayev: "Bu oyunlar göstərdi ki, bizdə potensial var"
0
0