“Neftçi”nin yay fasiləsində hələ ki, son transferi olan Solomon Kvirkveliyanın karyerasını Rumıniyada da davam etdirmək variantı olub.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Gürcüstan millisinin mərkəz müdafiəçisi “Styaua”dan təklif almasına baxmayaraq, Azərbaycan təmsilçisinə keçməyi üstün tutub.
Bildirilib ki, bununla “Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampfın “Styaua”nın prezidenti Gigi Becaliyə cavab zərbəsi olub. Çünki Regekampfın “Neftçi”yə gəlməzdən əvvəl “Styaua”nın sükanı arxasına keçmək ehtimalı olub. Lakin məhz Becali bu keçidə son anda müsbət yanaşmayıb.
Becali bir neçə gün əvvəl “Gürcüstan millisinin 196 sm-lik futbolçusunu gətiririk”, deməklə Kvirkveliyanı nəzərdə tutduğu vurğulanıb. Lakin Regekampf ondan cəld tərpənərək, 30 yaşlı oyunçunu Azərbaycana gətirib.
“Neftçi”yə azad agent kimi keçən Kvirkveliya 1 milyon avro dəyərində göstərilir.
Qeyd edək ki, Solomon Kvirkveliya 2014-cü ildən Gürcüstan millisində çıxış edir.
- Nazim Əliyev: "Neftçi" ümumilikdə bu mövsüm çox çətinlik çəkdi"
- "Kəpəz"in futbolçusu: “Qarabağ”la matça çox yaxşı hazırlaşırıq"
- Millimizin üzvü: "Başlanğıc üçün 1 xal pis nəticə deyil"
- Bakıda eşitmə qabiliyyəti məhdud olan cüdoçuların hazırlıq səviyyəsi yoxlanılıb
- Ceyhun Sultanov: “Bu kimi şeylər bizə mənfi təsir göstərə bilər”