Region Liqasının yarımfinal mərhələsinin təqvimi açıqlanıb
                    
                    06.05.2024 - 12:15
                        
                    
                    AFFA Region Liqasının yarımfinal mərhələsinin təqvimi bəlli olub.
Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərhələnin hər iki oyunu mayın 12-də, saat 18:00-da keçiriləcək.
“ASK Arena”da “Göyəzən” “Şimal”la, “ASCO Arena”da isə “Hypers” “Ümid”lə finala vəsiqə qazanmaq uğrunda üz-üzə gələcəklər.
Qeyd edək ki, AFFA Region Liqasının final matçı mayın 24-də, saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.
                                
                                0
                                
                                0