Renat Dadaşov Polşa klubunda - Rəsmi
24.02.2025 - 15:38

Polşanın "Radomyak" komandası Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun transferini açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yaylb.
25 yaşlı forvardla müddəti sonradan uzatmaq şərti ilə 2025-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Radomyak"da Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov da çıxış edir.
0
0