Renat oynadı, komandası qalib gəldi
15.03.2025 - 00:25
Renat oynadı, komandası qalib gəldi

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, o, XXV turda "Radomyak"ın əsas heyətində meydana çıxıb.

Renatın komandası "Lexiya" ilə qarşılaşmada əzmkar qələbə qazanıb. Oyun "Radomyak"ın 2:1 hesablı üstünlüyü ilə bitib. 

"Radomyak"da çıxış edən digər azərbaycanlı futbolçu Rahil Məmmədovun adı iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, son 3 oyunda 10 xal toplayan Radom təmsilçisi 12-ci pilləyə yüksəlib.