Renatın qələbə qolu “Qrasshoppers”ə ilk üç xalı qazandırdı
06.08.2023 - 20:20

Yığmamızın üzvü Renat Dadaşov İsveçrə çempionatında növbəti oyuna çıxıb.
Apasport.az-ın məlumatına görə, onun formasını geyindiyi “Qrasshoppers” öz meydanında 3 xal qazanıb.
“Bazel”i 3:1 hesabı ilə məğlub edən komandanın uğurunda Dadaşovun böyük payı olub. Hesab 2:1 olarkən hücumçumuz fərqlənərək fərqi ikiyə yüksəldib. O, 37-ci dəqiqədə fərqlənib. Bu, “Qrasshoppers”in mövsümdəki ilk qələbəsi olub.
Qeyd edək ki, Renatın komandası üç oyundan sonra 5 xal toplayıb.
- Françesko Kalzona: “Ukrayna millisi FİFA reytinqində bizdən 20 pillə irəlidədir“
- "Yuventus" İtaliya kubokunda finala yüksəldi
- Cüdoçumuzun hərəkəti 2022-ci ilin ən yaxşı anı seçilə bilər - VİDEO
- AFFA rəhbərliyi UEFA-nın Konqresində iştirak edəcək
- Tovuz şəhər stadionu FIFA-nın sertifikatına layiq görülüb
0
0