Renatsız "Ankaragücü" derbidə məğlub oldu
23.11.2024 - 23:21

Türkiyə 1-ci Liqasında XIII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Renat Dadaşovun şərəfini qoruduğu "Ankaragücü" də növbəti matçına çıxıb.
Komanda "Gənclərbirliyi"nin qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 1:0.
Zədəsini yeni sağaldan Renatın və Həsən Nəzərlinin adı iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ankaragücü" 13 oyundan sonra 19 xalla 7-ci pillədə qərarlaşıb.
- Branimir Subaşiç Azərbaycan “Srvena Zvezda”ya futbolçu aparacaq - MÜSAHİBƏ
- “Qarabağ” akademiyasının komandaları Qətərə yollanıb
- UEFA Avropa Liqası: “Beşiktaş”dan səfər qələbəsi, “Fənərbaxça” “Mançester Yunayted”lə bərabərə qaldı - YENİLƏNİB
- "Neftçi" Matiası buraxmaq istəmir
- “Neftçi” Türkiyəyə yollandı
0
0