Millimizin qonağı olacaq futzal üzrə Qazaxıstan yığmasının heyəti açıqlanıb.
Apasport.az-ın məlumatına görə, komandalar DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində oktyabrın 6-da Bakıda, 5 gün sonra isə Astanada qarşılaşacaqlar.
Qazaxıstan milli komandalaının hazırlıq məqsədi ilə təlim-məşq toplanışı başlayıb. Baş məşqçi Rikardo Kaka yığmaya 16 futzalçı dəvət edib ki, onlardan 3-ü qapıçıdır:
Qapıçılar: İqita, Narun Serikov (hər ikisi “Kayrat”), Kanat Jetkirbaev (“Aktobe”)
Oyunçular: Duqlas, Edson, Birjan Orozov, Dauren Tursaqulov, Albert Akbalıkov (hamısı “Kayrat”), Çingiz Yesenamanov, Rayımbek Juma, Akjol Daryabai (hamısı “Semey”), Azat Valiullin, Rəsul Abdumanapuli (hər ikisi “Ayat”), Arnold Knaub (“Jetisu”), Oljas Taybasarov (“Astana”), Leo (“Joinville”, Braziliya).
Qeyd edək ki, bu komandalar arasında ilk görüş oktyabrın 6-da, saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək.
- Ronaldo Robben və Messini qabaqladı – tarixdə 7-ci dəfə
- Azərbaycan Basketbol Liqasında bu gün daha 2 qarşılaşma baş tutacaq
- Paraüzgüçümüz gümüş medal qazanıb
- 2025-ci ildə boksçularımızın beynəlxalq yarışlarda əldə etdikləri medalların sayı artıb
- “Çökdü” deyilən İtaliya nəhəngləri necə ayağa qalxırlar? - TƏHLİL