
"Braqa" “Qarabağ”a bənzəyir, amma maaşı bizdən yuxarı olan klubdur".
Apasport.az xəbər verir ki, bunu Ağdam klubunun legioneri Riçard Almeyda “ojogo.pt” saytına açıqlamasında deyib.
34 yaşlı yarımmüdafiəçi rəqibləri barədə bunları söyləyib: “Portuqaliyaya gedəndən bəri həmişə "Braqa"ya rəğbət bəsləmişəm. Alan, Lima, Salino, Hugo Viana ilə super komanda qurdular, "Benfika"nı məğlub edərək Avropa Liqasının finalına çıxdılar. Portuqaliya klubu “Qarabağ”a bənzəyir, amma maaşı bizdən yuxarı olan klubdur. Braqa stabildir, yaxşı işə götürür, fəlsəfələrinə görə və fərq yaradan oyunçuları seçir. Onlar böyük klublara çoxlu məşqçi göndərirlər. Rəqibdə yüksək səviyyəli oyun sistemi görürəm və çox yaxşı futbolçuları var”.
Qeyd edək ki, "köhlən atlar" bu gün saat 00:00-da UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliya klubu ilə üz-üzə gələcək.
- Minifutbol yığmasından dünya çempionatına uğurlu start
- Polşa millisinin baş məşqçisi: “Argentinadan qol buraxmağa hazır olmalısan”
- “Sabah” İsrail klubu ilə bacarmadı
- Əvəzedicilər liqasında VII turun təyinatları açıqlandı
- Cavid Qurbanov: “Ordumuzun şücaəti sayəsində biz Xankəndinin mərkəzində yarış keçiririk”