Rüfət Əhmədov yenidən “Qəbələ”də
10.09.2025 - 17:43

"Qəbələ" akademiyasının yetirməsi olan Rüfət Əhmədov yenidən "qırmızı-qaralar"ın formasını geyinəcək.
Apasport.az xəbər verir ki, 22 yaşlı sol cinah müdafiəçisisi “Turan Tovuz”dan icarəyə götürülüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, mövsümün sonunadək “Qəbələ”nin uğurları üçün çalışacaq.
Karyerası ərzində “Kəpəz”də də çıxış edən Rüfət Əhmədov U-21 milli komandasının heyətində 9 oyun keçirib.
Qeyd edək ki, “Qəbələ” bunadək Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə cəlb edib.
0
0