“Sabah”ın U-10 komandası Avstriyanın Trayskirxen şəhərində keçirilən “Eurocup Trophy 2025” beynəlxalq futbol turnirində iştirak edib.
Apasport.az xəbər verir ki, turnir 2 günü əhatə edib.
İlk gündə keçirilən turnirdə komandamız Avstriyanın “Soccer School Wien” (2:1), “FCM Traiskirchen” (3:1), Serbiyanın “Fortuna Pancevo A” (3:1), Almaniyanın “SC Theresienfield” (5:0) komandalarını məğlub edib.
Həlledici görüşdə “FCM Traiskirchen”ə məğlub olan (2:3) “Sabah” turnirin ilk gününü ikinci pillədə başa vurub.
Aydın Manaflının baş məşqçisi olduğu komanda növbəti gün keçirdikləri oyunlarda Avstriyanın “Soccer School Wien” (2:1), “Inzersdorf” (7:0), Serbiyanın “Fortuna Pancevo A” (4:1) və “Fortuna Pancevo B” (4:0) komandalarını məğlub edib.
Final oyununda yenidən “Fortuna Pancevo A” ilə qarşılaşan “Sabah” 1:2 hesabıyla məğlub olaraq, yekun nəticədə ikinci yeri tutub.
- De Bleker bu dəfə tərəf tutmadı: "Penalti gözləyirdik"
- Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı başlayıb - FOTO
- Batut gimnastikası və tamblinq üzrə Bakı çempionatı keçiriləcək
- Tərlan Əhmədov: "Bəzi oyunçular artıq “Qarabağ”da oynamaqdan doyublar”
- III MDB Oyunları: Azərbaycanın daha iki stolüstü tennisçisi gümüş medal qazanıb