“Sabah”ın müdafiəçisi Hiqor Qabrielin taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, Bakı klubu braziliyalı futbolçunun xidmətində maraqlı deyil.
Müdafiəçinin icarədə olduğu “Lvov”da qalacağı inandırıcı görünmür. Onun geri qayıtmaq ehtimalı da çox aşağıdır.
Cənubi amerikalının Ukrayna Premyer Liqasının klubu ilə müqaviləsi iyunun 30-da başa çatacaq. Qabriel yeni mövsümə fərqli komandada da başlaya bilər. “Lvov”da qalmaq ehtimalı aşağı olan braziliyalının başqa komandaya icarəyə verilməsi də gündəmdədir. Hazırda bunun üçün uyğun variantlar axtarılır.
Qeyd edək ki, Qabrielin “Sabah”la müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatacaq.
- "Linkoln"un baş məşqçisi: "Sabah meydana çıxıb vuruşacağıq"
- "Qarabağ" "Flamenqo"nun təklifini rədd etdi - Juninyo transferində son dəqiqə
- DÇ-2022-də ilk qırmızı
- Rauf Əliyev: “Özümü şikəst etmək istəmədim, keyidici iynələr də artıq təsir etmirdi” - MÜSAHİBƏ
- Hidayət Heydərov IJF-in Atletlər Komissiyasında