"Sabah" çempionluğunu darmadağınla rəsmiləşdirib - 14:0!
28.04.2025 - 15:51
U-17 Qızlar Liqasında növbəti oyunlar keçirilib.
Apasport.az xəbər verir ki, “Sabah”ın qızlardan ibarət komandası evdə “Zaqatala City” ilə qarşılaşıb. Oyun “bayquşlar”ın böyük hesablı qələbəsi ilə nəticələnib - 14:0.
Matçda qollara Tərgül Qəniyeva (7), Mehri Məmmədzadə (4), Aysu Əsədova (2) və Qönçə Quluzadə (1) imza atıblar.
Bu qələbədən sonra Mehdi İbrahimovun baş məşqçisi olduğu komanda çempionatın sonuna 2 tur qalmış çempionluğu təmin edib.
Qeyd edək ki, "Sabah"ın qızlardan ibarət U-17 komandası ötən il də mövsümü çempion kimi başa vurmuşdu.
- UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşüblər
- "Neftçi"dən ayrılan futbolçu Messinin şəhərinə transfer oldu
- “Olimpiakos” və “Zirə”nin sabiq futbolçusu: “Hayduk”u keçmək çətin olacaq“
- Arif Əsədov məlum təpiklə bağlı: “Loran Blan da Bartezin başından öpürdü” - MÜSAHİBƏ
- İlin ən yaxşı gimnastları: Zöhrə Ağamirova birinci pillədə - FOTO
0
0