“Sabah” Macarasıtan klubu ilə üz-üzə gələcək
28.06.2026 - 13:48
“Sabah” Macarasıtan klubu ilə üz-üzə gələcək

Bu gün “Sabah” Avstriya təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, “bayquşlar" Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşacaq.

Azərbaycan çempionu toplanış çərçivəsində ilk yoxlama görüşünü Rumıniyanın “Universitatya Kluj” klubuna qarşı keçirib və 1:1 bərabərə qalıb.

Yoxlama görüşü

19:00-da "Sabah" (Azərbaycan) – "Ferentsvaroş" (Macarıstan)

Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv iyulun 1-də Ukraynanın "Polessye" klubu ilə qarşılaşacaq.