“Sabah” 12 yaşadək futbolçular arasında keçirilən Yiğit Demirel beynəlxalq futbol turnirində iştirak edib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyənin Rize şəhərində keçirilən turnirin qrup mərhələsində yerli “Trabzonspor”u 2:1, Estoniya “Nömme United”ini 3:0 və Gürcüstan “Dinamo”sunu (Batumi) 4:0 hesabıyla məğlub edən "Sabah" çempionluq uğrunda mübarizə imkanı verən qızıl qrupa (Gold group) vəsiqə qazanıb.
“Gold group”da Türkiyənin “Çaykur Rizespor” komandasını 3:0, Estoniyanın “Nömme United”ini 2:0 hesabıyla üstələyən “Sabah”, yalnız yerli “Samsunspor”a uduzub – 0:2. Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda yekun sıralamada bütün rəqiblərini üstələyərək, turniri birinci pillədə, çempion kimi başa vurub.
“Sabah”ın futbolçuları – Yusif Ağayev, Rəvan Rüstəmov və Ayxan Əliyev turnirin ən yaxşı oyunçusu seçiliblər.
- Qabon millisinə çağırılan “Zaqatala”lı: “Buna çox inanırdım” - Müsahibə
- Qurban Qurbanov: “Şanslarımız bərabərdir”
- İbrahimoviç: “Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil”
- Boksçumuz Avropa çempionatında gümüş medal qazanıb
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək