“Sabah”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
29.07.2026 - 23:48
“Sabah”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

“Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Apasport.az xəbər verir ki, Azərbaycan çempionu bu mərhələdə “Orxus” klubu ilə qarşılaşacaq.

Danimarka təmsilçisi ilk oyunda səfərdə 1:4 hesabı ilə məğlub olsa da, cavab qarşılaşmasının əsas vaxtında 3:0 hesablı qələbə qazanaraq oyunu əlavə vaxta daşıyıb. Əlavə vaxtda vurulan qollarla hesab 4:1 olub və cütün taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Burada isə “Orxus” 4:3 hesabı ilə qalib gəlib və iki oyunun ümumi nəticəsinə görə mərhələ adlayıb.