"Sabah"ın futbolçusu Almaniyada əməliyyat olunub
22.06.2024 - 10:19
"Sabah" klubunun futbolçusu Anatoli Nuriyev əməliyyat olunub.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən apasporr.az-a verilən məlumata görə, oyunçu ikitərəfli qasıq yırtığından cərrahi müdaxiləyə ehtiyac duyub.
Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla başa çatıb.
Həkimlərin rəyinə əsasən, Nuriyev 2 həftə sonra məşqlərə başlaya biləcək.
- Millimiz Şimali Makedoniya və Lüksemburq ilə oyunların hazırlıqlarına başlayıb
- Xorvatiya gözəli yenə açıq-saçıq geyimlə stadiona gəldi - FOTOLENT
- Belotti daha iki il “Roma”da
- Dövlət başçısı: İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir
- Berezutski: "Neftçi" ilə oyunda Elvin Camalov çox qeyri-peşəkar davranış sərgilədi"
0
0