“Sabah”ın legioneri İsrafilovun yanına yollanır - ÖZƏL
05.06.2025 - 11:14
“Sabah”ın legioneri İsrafilovun yanına yollanır - ÖZƏL

“Sabah”ın müdafiəçisi Con İrazabal yeni mövsümə Azərbaycanda başlamayacaq.

Apasport.az saytına verilən məlumata görə, 28 yaşlı futbolçunun yeni komandası bəllidir.

O, karyerasını Malayziyada davam etdirəcək.

Futbolçu bu ölkənin iddialı klublarından olan “Yohor Darul Tarzim”lə anlaşıb. Con burada Azərbaycan millisinin sabiq üzvü Eddi İsrafilovla komanda yoldaşı olacaq.

Xatırladaq ki, müdafiəçi 2022-ci il iyulun 10-da “Sabah”la anlaşmışdı və müqavilə müddəti gələn ayın 30-da başa çatacaqdı.