“Sabah”ın legioneri Misli Premyer Liqasında 100-cü oyununu keçirib
07.04.2025 - 10:14
Boyan Letiç Misli Premyer Liqasında 100-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, “Sabah”ın legioneri bu matçlara yalnız bir klubda çıxıb.
Paytaxt təmsilçisi ilə 100 görüşə çıxan 32 yaşlı serbiyalı müdafiəçinin yubileyi XXIX tura təsadüf edib. Boyan “Kəpəz”lə ev qarşılaşmasına start heyətində çıxıb.
Letiç bu matçlarda 4 qola imza atıb. Onun debütü 2021/22 mövsümündə gerçəkləşib. Letiç 2022-ci il fevralın 27-də “Neftçi” ilə ev qarşılaşmasında (0:1) debüt edib.
Qeyd edək ki, müdafiəçinin yubiley oyununda komandası 0:1 hesabı ilə uduzub.
- Dünya və Avropa mükafatçısı mənzillə mükafatlandırıldı - FOTO
- Rafa Silva rəsmən “Benfika”da
- AFFA Premyer Liqa klublarının akademiyalarına yerində ziyarət və qiymətləndirmə prosesini başa çatdırıb
- Azər Bağırov: "Bu gün penaltini vursaydıq, oyun fərqli məcrada keçərdi"
- Ötən il ən çox qol vurulan oyunlar AÇIQLANDI
0
0